Yuxarı

Ünlü türk bərbərini eşqə salıb Bakıya gətirən şairə kimdir - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İş adamı" layihəsində

"Doqquz yaşımdan qayçı işlədirəm. Mən bu sənətin vurğunuyam. Türkiyənin hansı şəhərlərində işləmədim ki... Ankara, Bursa, İstanbul. Hansı ölkələrə dəvət almadım ki... İngiltərə, İtaliya, Kanada, Almaniya..."

Amma o, Bakını seçib.

- Zatən biz Azərbaycanı sevirik... amma məni bura gerçəkdən eşq gətirdi... sevgimin, sevdiyimin ardınca gəldim sevgili Bakımıza... - deyir "İş adamı" layihəmizin bu günkü qonağı türkiyəli saç dizayneri Erol Gülay.

Erol Bakıya bu günlərdə gəlib. İş yeri də kirayələyib. Amma dediyinə görə, yeni iş yeri kirayələyəcək:

- Burada təmir işləri gedir. Həm də dalanda yerləşir. Daha rahat yer seçmək lazımdır.

Erolla yaxın günlərdə tərk edəcəyi iş yerindəyik. Foto müxbirimiz İsmi bəylə onu sorğu–suala tutmuşuq. Müştərisi azdır. Səbəbini soruşuram.

- Abi, iki gündür işə çıxdığım. 1-2 ay da keçsin, müştəri bolluğundan yorularam, inşallah! - deyir.

Erolun ustası Tükiyədə ünlü saç ustası olan yeznəsi olub:

- Qayçı tutmağı, saçla "oynamağı" Gürcü Yılmazdan öyrəndim. O, mənim bacımın həyat yoldaşı idi. Türkiyədə 100 nəfər ustadan biri bunu edə bilər. Mən əslən qaradənizliyəm, dədə-babalarım Trabzondandır. Ama özüm Bursada doğulmuşam. Sənətim məni Türkiyənin böyük şəhərlərini gəzdirdi...

- Sən öyrəndin, bəs sənin şagirdlərin necə, varmı?

- Var. Bizim ailə artıq Türkiyədə qızıl işi (kuyumçuluk) və saç ustalığı adıyla tanınır. Biz hamımız zərgər və saç ustalarıyıq. Qardaşıma da öyrətmişəm. İndi onun Bursada çox böyük bərbərxanası var. Yetərincə tanınıb.

İnsanları saçından tanıya bilir

Erol çox sərbəst danışır. Çünki diksiya dərsi də alıb. Saç ustalığını ən çox sevdiyi bir sənət kimi təqdim edir.

- Mən insanları saçlarının rəngindən, necəliyindən öyrənə, oxuya bilirəm, - deyir.

Uzun müddət İstambulda çalışıb.

-Tanınmışlardan kimləri təraş etmisən? – soruşuram.

- Birmi, ikimi, - deyir. - Müştərilərim arasında siyasət adamları, nazirlər, nazir müavinləri, müşavirlər, dünya şöhrətli aktyorlar, idmançılar, futbolçular və başqa idman növündə çalışanlar olub. Sənətçilər də yetərincə idi.

İlhan Mansızın saç düzümü

- Erol, idman adamlarından kimlərin nazı ilə oynadın, kimlər sənin xidmətindən yararlandı?

- Hansını deyim...

- Ən çox xatırladığın, ürəyincə olanı...

- 2002-ci ildə futbol üzrə Dünya çempionatı keçiriləndə İlhan Mansızın saçına dizayn vermişdim. O, sonuncu oyunda atdığı qolla Türkiyəni dünya üçüncüsü etdi. Bax, bundan sonra hər kəs o saç düzümünü məndən xahiş edirdi. Gənclər də vardı, sənətçilər də... İtaliyada işləmiş, təcrübə toplamış Piar Savolun yanında işləmişəm. Amma dediyim kimi, Gürcü Yılmaz mənə çox şeylər öyrədib. O Türkiyədə əfsanələşmiş biridir.

Əziz Yıldırımın saqqalı və 200 lirə mükafat

Erol tanınmış müştəriləri ilə birgə çəkdirdiyi şəkilləri göstərir:

- Mənim müştərilərim həmişə elit adamlar olub. Tanınmışlar, nüfuz sahibləri və sair...

- Olurdumu ki, kassanın pulunu ödədikdən əlavə jest etsinlər, pulu artıqlaması ilə ödəsinlər. Bəzən, görürsən elə müştərilər olur ki, heç qiymət söhbəti etmirlər.

- Elə hallar çox olub. Bizim qiymətlər müştərilər üçün elektron tabloda yazılır. Baxır hansı işin dəyəri nə qədər olur. Məsələn, bir dəfə "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım gəldi. Saqqalını düzəltdim. İşimi bəyəndi. Məndən soruşdu ki, hansı komandaya üstünlük verirsən. Özüm qalatasaraylıyam. Amma Əziz bəyin könlünü "qırmaq" istəmədim, fənərliyəm dedim. Ona xoş oldu. İş tamam olduqda kassanın 40 lirəsini ödədi, mənim də cibimə 200 lirə saldı, "bu sənin mükafatındır", - dedi. Amma kassada oturan arkadaş "beşiktaşlıyam" demişdi. Ona də 10 lirə verdi. Gülərək, "Erol seçimini düz edib", - dedi. Bilirsən, bizdə sənət siyasətdən uzaqdır. Biz azad sənətçiyik həm də. Bu baxımdan partiyalılığımızı, tərəfliyimizi bildirmərik.

Əli Babacan, Sedat Bucaq...

Baxmayaraq ki, siyasətçilərdən də müştərilərim çox olub. Əli Babacanın müşavirlərini, millət vəkili Sedat Bucağı və digərlərini deyərəm. Dünya şöhrətli müğənni, Latın Amerikasından olan Riki Martininin, "Qurdlar vadisi" serialındakı Mematinin ustası olmuşam. Daimi müştərilərimdən isə Türkiyənin milli futbol komandasının fənərbaxçalı hücumçusu Aurelionu göstərə bilərəm.

- Maraqlı hadisələr yəqin ki, çox olub?

- Bu insanların mənə müraciət etməsi elə maraqlı hadisədir mənimçün.

- O qədər məşhurlardan uzaq düşdün. İndi Bakı sənin üçün qərib bir yerdir...

- Mən burda heç qəriblik hiss etmirəm. Bura sanki illərlə yaşadığım bir məkanmış. Usta kimi fəaliyyət göstərirəm. Heç bir təlaş, həyəcan keçirmirəm. Mən prezident köməkçiləri, nazirləri görmüşəm. Hətta sayın prezidentimiz "Gəl, saçımı düzəlt", - desə, heç həyəcan keçirmədən istədiyini edərəm. Bu mənim sənətimdir.

Mən eşq dəlisi oldum...

- Dedin ki, Ankarada, Bursada, İstanbulda işlədin, orada yaxşı para qazanırdın. Və birdən müştərilərinin bol olduğu yerdən Bakıya gəldin. Hər şeyi yenidən başlayırsan...

- Məni Türkiyədən heç kəs, heç nə ilə qopara bilməzdi. Dedim axı, məni haralara dəvət etdilər. Məni bura, doğma olan Bakımıza eşq gətirdi. Kərəm kimi aşiq oldum, qəlbimə eşqin odu düşdü, Məcnun kimi Leyla ardınca düşdüm, yerimdən-yuvamdan oldum. Sevdim mən, abi, sevdim. Sizlərin gözəl qızlarınızdan biri, tanınmış şairəniz Həyat xanım Şəminin sevdalısıyam. Bursada onun saçlarını fenləmişdim və oradan da tanımışdım. Bursada bir simpoziuma qatılmışdı xanım əfəndimiz. O üzdən də Bakıya gəldim...

- Həyatınız daha da gözəl olsun, Erol bəy!

Tarix
2014.09.23 / 22:50
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla