Yuxarı

“Hərbi təlimlərin uzadılmasının bir səbəbi var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hərbi təlimlərin uzadılması Türkiyə və Azərbaycan arasında real və çox güclü hərbi əməkdaşlığın sübutudur".

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin oktyabrın 3-nə kimi uzadılmasına münasibət bildirərkən deyib. O, bu təlimlərin Azərbaycan adına uğur saydığını dilə gətirib:

"Azərbaycan buna çox böyük önəm verir. Bunu sadəcə xoş xəbər kimi dəyərləndirirəm. Əsasən də təlimlərin Azərbaycan ərazisində keçirilməsini ölkəmizin adına böyük uğur hesab edirəm. Hərbi təlimlərin vaxtı uzadılıbsa, deməli buna ehtiyac var. Təlimlərin vaxtının uzadılması heç bir ismarıc xarakteri daşımır. Burda ancaq Azərbaycan ordusunun güclənməsi, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və Bakı-Ankara arasında hərbi əməkdaşlığının artan gücündən söhbət gedə bilər. Türkiyə ilə əməkdaşlıq bir çox məsələlərdə "biz müttəfiqik" anlamını daşıyır. Hesab edirəm ki, yaxın gələcəkdə Gürcüstan da bu təlimlərə qoşula bilər. Çünki hər üç ölkənin müdafiə nazirləri artıq bu istiqamətdə bir araya gələrək danışıqlar aparıblar. Təbii ki, maraqlar da üst-üstə düşdüyündən və neft-qaz boru kəmərlərinin bu ərazilərdən keçməsi baxımından, bu istiqamətdə müdafiə məsələləri çox aktualdır və buna görə də Gürcüstanla da əməkdaşlıq artacaq".

Tarix
2014.09.30 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla