Yuxarı

Kobaniyə görə İstanbul qarışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhəri gecə saatlarında qarışıb.

Axar.az İŞİD-ə etiraz edən aksiyaçıların şəhərin Kadıköy ərazisində yanğınlar törətdiyini xəbər verir. İstanbulun Altıyol meydanında toplaşan 500 nəfər aksiyaçı AKP-nin ərazi üzrə inzibati binasına tərəf yürüş edib.
Əsasən Xalq Demokratik Partiyasının üzvü olan fəalların mitinqinə polis müdaxiləsi vəziyyəti daha da gərginləşdirib. İŞİD-in Kobaniyə hücumlarını pisləmək üçün etirazlara çıxan insanlar şüarlar səsləndirib, polisə füşəng, daş atıblar.

Çevik polis qüvvələri qaz bombası, su şırnağı ilə aksiyanı dağıtmağa çalışıb. Etirazçılar ara küçələrə səpələniblər, polis meydana nəzarət edir. Qeyd edək ki, Türkiyə hökumətinin İŞİD-ə qarşı sərgilədiyi mövqe həm ölkə daxilində, həm beynəlxalq birlik tərəfindən şiddətlə qınanılır. AKP iqtidarı terrorçulara dəstəkdə ittiham olunur.

Tarix
2014.10.01 / 00:46
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla