Yuxarı

"Barselona" uduzdu, "Roma"dan bərabərlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 4 qrupda 8 qarşılaşma baş tutub.

Gecənin maraqlı oyunlarından biri İngiltərədə keçirilib. Mançester şəhərində son ölkə çempionu "Mançester Siti" "Roma"nı qonaq edib. Qrup mərhələsinin ilk turunda evdə Moskva MOİK-ini darmadağı edən (5:1) "canavarlar" növbəti dəfə 3 xal qazanmağa çalışıb. "Şəhərlilər" isə Münhen səfərindəki "Bavariya" məğlubiyyətini (1:0) unutmaq niyyətindədə idilər. Lakin hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.

Azarkeşlər turun ən maraqlı görüşünü Fransada izləyə biliblər. Son illərin çempionu PSJ 4 dəfə ÇL-nin qalibi olmuş "Barselona"nı sınağa çəkib. Qapılara 5 qolun vurulduğu görüşdə sevinən tərəf meydan sahibləri olub. Parislilər Luis Enrikenin komandasını evə əli boş yola salıblar.

"Çelsi" isə Lissabonda "Sportinq"lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Oyunun 34-cü dəqiqəsində Matiçin vurduğu tək qol "zadəganlar"ı sevindirib.

Digər oyunlarda isə APOEL "Ayaks"la, "Şalke" "Maribor"la və "Şaxtyor" "Portu" ilə xalları yarı bölüb. BATE isə evində "Atletik"i 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.

Tarix
2014.10.01 / 01:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla