Yuxarı

Ruhani: “Əgər Rusiya Avropaya qazı kəsərsə…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Rusiyanın Avropaya qaz ixracını kəsəcəyi təqdirdə İranın Rusiyanın alternativi olmayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, İran prezidenti "Rusiya 2" televiziyasına verdiyi müsahibədə Qərbin Rusiyaya qarşı sanksiyalarına görə bu ölkənin yanında olacaqlarını bildirib:

"Biz Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı bu ölkənin mübarizəni davam etdirməsi üçün dəstəyə hazırıq. Hazırda Rusiya hökuməti və xalqına əlimizdən gələn bütün köməyi təmin edirik. Lazımi ticarət prosedurları tamamlandıqdan sonra Rusiya xalqı gələn il dükanlarında İran məhsullarını görəcək".

Ruhani Rusiya ilə ticarətdə yaxın zamanda "Barter sistemini" tətbiq edəcəklərini qeyd edib:

"Bu sistem vasitəsi ilə hər iki ölkə iqtisadiyyatlarını qorumaqla bərabər, bir çox sahələrdə əməkdaşlığı genişləndirəcək. Bu sistemin Qərb sanksiyaları ilə bağlılığı yoxdur. Sanksiyalar tətbiq olunmadan öncə bu barədə iki ölkə arasında razılıq əldə olunub".

Tarix
2014.10.01 / 02:05
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla