Yuxarı

"Topçular" "Aslan"a dərs keçdi: 4:1

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün İngiltərənin "Arsenal" klubu - "Qalatasaray"ı qəbul edir.

Axar.az xəbər verir ki, komandalarda əsas heyətlər müəyyənləşib.
"Arsenal": Şesni, Qibbs, Mertezaker (k), Koselni, Çeymbers, Özil, Oksleyd-Çemberlen, Santi Kasorla, Flamini, Aleksis Sançes, Uelbek.

"Qalatasaray": Muslera, Şedju, Felipe Melo, Semih Kaya, Veysel Sarı, Yekta Kurtuluş, Dzemaili, Aleks Telles, Sneyder (k), Pandev, Burak Yılmaz.

Xatırladaq ki, "Qalatasaray" klubu oyuna ciddi itki ilə çıxır. Belə ki, komandanın yarımmüdafiəçisi Səlçuk İnan özünü pis hiss etdiyi üçün heyətdən çıxarılıb.

00:07

Oyunda hesab açıldı. Matçın 22-ci dəqiqəsində Uelbek Arsenal azerkeşlərini ayağa qaldırdı. "Arsenal" 1:0 "Qalatasaray".

00:15

Dani Uelbek oyunun 30-cu dəqiqəsində fərqi iki topa çatdırdı: "Arsenal" 2:0 "Qalatasaray".

00:25

"Arsenal" komandasının forvardı Aleksis Sançez oyunun 40-cı dəqiqəsində hesabı bir qədər də artırır. "Arsenal" 3:0 "Qalatasaray"

00:54

Arsenalın heyətində Dani Uelbek hettrikə imza atır: "Arsenal" 4:0 "Qalatasaray".

01:02

Oyunun 61-ci dəqiqəsində "Arsenal" klubunun qapıçısı kobud oyunu ilə meydandan qovulur. "Qalatasaray"ın forvardı Burak Yılmaz 11 metrlik penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi azaldır: Arsenal 4:1 Qalatasaray.

01:37

Gərgin keçən oyunda "Arsenal" klubu 4:1 hesabı ilə "Qalatasaray"ı məğlub etdi.

Tarix
2014.10.02 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla