Yuxarı

Goranboyda yas mərasimini icra başçısı təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rəhbərliyi rayonun Səfikürd kəndində qətlə yetirilənlərin yas məclisində iştirak edib.

Axar.az-a yerli sakinlərin verdiyi məlumata görə, icra başçısı Nizaməddin Quliyev və rayonun polis rəisi Fəqan Azadəliyev yas məclisində olublar. Səhər saatlarında yas çadırı və digər işləri təşkil etdirən icra başçısı istənilən köməyi etməyə hazır olduqlarını qeyd edib.

Kasıb ailə olduqları üçün yas məclisi təşkil etməyə imkanları olmayıb. Rayon rəhbərliyinin göstərişi ilə yerli icra nümayəndəsi yas mərasiminə hazırda nəzarət edir. Onu da deyək ki, kənddə böyük matəm yaşanır. Səfikürd camaatı hadisənin şokundan çıxa bilməyib.

Xatırladaq ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Rafiq Müzəffər oğlu Hüseynov evə qumbara ataraq bir ailəni məhv edib.

Hadisə zamanı ölənlər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb. Günel Məmmədovanın da dünyasını dəyişdiyi barədə xəbər yayılıb, amma Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından bu fakt təsdiqini tapmayıb.

Tarix
2014.10.02 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla