Yuxarı

Niyə qadınlar polis, kişilər müəllim olmaq istəmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzən valideynlər qızların ali təhsil almasından daha çox, oğlanların ali təhsil almasına üstünlük verirlər".

Bunu Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov ixtisasların fərdə görə düzgün seçilməməsinin yol açıdığı nöqsanlardan danışarkən deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olmuş oğlan və qız abituriyentlərin say dinamikası 2009-cu ildə 14243 oğlan, 13766 qız, 2010-cu ildə 13804 oğlan, 14617 qız, 2011-ci ildə 14833 oğlan, 14818 qız, 2012-ci ildə 15594 oğlan, 16 435 qız təşkil edib:

"Lakin bu nisbi uyğunluğa baxmayaraq, respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti fərqlidir. Bunun səbəbini respublikanın ayrı-ayrı bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 13-31 faiz təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Zaqatala, Balakən və Qax bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 62-67 faizdir. Bu həm də həmin bölgələrdə yaranmış streotiplərlə bağlıdır. Bəzən valideynlər qızlarının ali təhsil almasından daha çox, oğlanların ali təhsil almasına üstünlük verirlər. Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verirlər. Müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş oğlan və qız abituriyentlərin nisbi sayları fərqlidir. Elə ali təhsil ocaqları var ki, oğlan və qız abituriyentlərin nisbi sayları bir-birinə yaxındır. Lakin bəzi ali təhsil müəssisələrinə qəbul olanların böyük hissəsini oğlan abituriyentlər, digər ali təhsil müəssisələrinə daxil olanların böyük hissəsini isə qız abituriyentlər təşkil edir. Bu da seçilən ixtisaslarda ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır".

Elgün Səfərov illərlə "qadın peşəsi", "kişi peşəsi" adı altında ixtisasların ayrılmasının sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, mənfi təsir göstərdiyini bildirib:

"Məsələn, Azərbaycan Polis Akademiyasında oğlan abituriyentlər (2012-ci ilin məlumatına görə cəmi 1 qız orada təhsil alır) üstünlük təşkil edir. Məişət zorakılığına məruz qalan qadın və uşaqlar öz problemlərini açıq şəkildə kişi polislərə deyə bilmirlər. Buna görə də qadın polislərin sayının çoxalması vacibdir. Bundan əlavə, kişi müəllimlərinin sayının az olması uşaqların şəxsiyyət kimi inkişaf etməsində müəyyən fəsadlar törədir".

Tarix
2014.10.02 / 02:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla