Yuxarı

Elizabet Teylorun məşhur sevgi məktubu hərraca çıxarıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ulduzun - Elizabet Teylor və Riçard Bartonun nikahı xəyanət üzündən iflasa uğrayıb.

Axar.az xəbər verir ki, nadir sənəd – Elizabet Teylorun ərinə ünvanladığı sevgi məktubu ictimailəşdirilib. Ulduz xanımın bu məktubunu öz nikahını qorumaq üçün etdiyi cəhd kimi də qəbul etmək olar. Teylorun sevgisini sətirlərə düzdüyü bu bir parça kağız auksiona çıxarılıb, ilkin qiyməti isə 35 min funt sterlinq olub.

Məşhur çütlüyün ayrlığına sayılı aylar qalmış yazılan məktubda qadının sevimli həyat yoldaşı Riçard Bartona qarşı qəlbində yaşatdığı məhəbbət və ehtirasın bütün incəliklərini duymaq mümkündür.

"Ah, mən səni necə sevdiyimdən, necə qorxduğumdan, sənlə olarkən duyduğun məmnunluqdan, səni necə qısqandığımdan və bəzən sadəcə nifrət etdiyimdən elə danışmaq istəyirəm ki! - Teylor yazır. - Sevdiyimi sənə yazmaq istəyirəm, ancaq bacarmıram, mən sadəcə içimdən qaynayıram və bütün qəlbimlə inanıram ki, sən mənim ürəyimdə nələr baş verdiyini görürsən və məni anlayırsan. Hər necə olsa da, mən səni istəyirəm. Sənin (hələ ki) arvadın.

P.S. Gəl, bir daha bir-birimizi varlıq kimi qəbul etməyək.

P.P.S. Sən bir fikirləş – on il!"

Məktuba 15 mart 1974-cü il tarixi qoyulub. Məhz həmin gün, lakin düz on il əvvəl ər-arvad biri-birilərinə sədaqət andı içmişdilər. Onlar ilk dəfə "Kleopatra"nın çəkilişlərində qarşılaşmış və bir il sonra evlənmişdilər. Lakin Riçard arvadına - bütün dünyanın arzusunda olduğu qadına həmişə xəyanət edirdi. Elə məhz xəyanət üzündən də sonucda iki ulduzun nikahı dağılır. Fəqət ölmüş ehtirasları diriltməyin ikinci şansı özünü doğrultmur. 1976-cl ildə onlar həmişəlik ayrılırlar.

Tarix
2014.10.02 / 08:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla