Yuxarı

Yüksək təqaüd almaq üçün nə etməli - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmək pensiyaları haqqında" qanuna dəfələrlə müəyyən dəyişiklər edilsə də, hələ də bu istiqamətdə problemlər yox deyil.

Xüsusilə bu özünü pensiyaların hesablanmasındakı yeni qaydanın anlaşılmamasında göstərir. Hamını düşündürən sual isə budur: ümumi əməkhaqqının 22 faizi işəgötürən, 3 faizi isə işçinin özü tərəfindən məcburi dövlət sosial sığortası qismində Dövlət Sosial Müdafiə Fonduna kecirilirsə, niyə həmin məbləğin yalnız 50 faizi işçinin fərdi sosial sığorta hesabına əlavə olunmalı, digər 50 faizin isə təyinatı bilinməməlidir?

Digər məsələ isə fərdin hesabına kecirilmiş 50 faizin banklara dövriyyəyə buraxılması ilə bağlıdır. Dövriyyəyə buraxılan vəsaitdən banka gələn faizlər fərdin şəxsi hesabının böyüməsinə xidmət etmir, bu, bankın gəlirlərinə aid edilir.

Əhalini narahat edən bu məqamlara İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov aydınlıq gətirdi. Axar.az-a açıqlama verən ekspert qeyd etdi ki, gələcək təqaüd üçün yığılan vəsaitin böyük qisminin işəgötürən tərəfindən ödənildiyini nəzərə almaq lazımdır:

"Bütövlükdə işçinin əmək haqqından 25 faiz ödəniş olunur. Nəzərə alın ki, bunun 22 faizi işəgötürən, cəmi 3 faizini işçi özü ödəyir. Vəsaitin böyük bir hissəsi işəgötürən tərəfindən ödənildiyindən həmin vəsaitin tam olaraq işçinin təqaüdünə yazmaq doğru deyil. Təqaüd üçün yığılan vəsaitin cəmi 50 faizinin həmin şəxsə verilməsinə səbəb isə həmin vəsaitlərin 50 faizinin digər təqaüdlərin verilməsi üçün istifadə edilməsidir".

Ekspert bildirdi ki, ən az 12 illik sığorta stajına malik olan şəxslər əmək təqaüdü almaq hüququna malikdir:

"Yaşa görə verilən əmək pensiyası 3 hissədən ibarət olur. Əməkhaqqının baza hissəsi, sığorta hissəsi və yığım hissəsi var. Baza hissəsi dövlət tərəfindən formalaşdırılır, yəni bu bazaya yatırılan pulu dövlət özü verir. Sığorta hissəsi isə indeksasiya əsasında, əsas hissəsi - yığım – isə işçinin ödədiyi sosial vergilər hesabına formalaşır. Əmək pensiyası hesablanan zaman baza, sığorta və yığım hissəsi toplanır. Bazada olan vəsait sığorta və yığımda olan məbləğlə hesablanır. Əmək təqaüdü hesablanan zaman heç də bütün ödənişlər əmək pensiyasının məbləğinə daxil edilmir".

Ekspert banklara dövriyyəyə buraxılan vəsaitlərdən gələn faiz gəlirlərinin də nə üçün təqaüdçünün hesabına yatırılmamasına aydınlıq gətirdi. V.Bayramov qeyd etdi ki, bu, DSMF-nın səlahiyyətində olan bir şey deyil:

"Çünki Fond yalnız yığımların idarə edilməsi ilə məşğuldur. Pensiyaçıya ödənilən məbləğə təkcə həmin şəxsin özünün təqaüdünün ödənilməsi kimi baxmaq düzgün deyil. Təqaüdlərin ödənilməsi bu gün məhz işləyən şəxslərin ödədiyi vergidən asılıdır. Fond vəsaitləri idarə etməklə öz gəlirlərini artırır və həmin gəlirlərlə təqaüdlərin ödənilməsinə çalışır".

Ekspertin sözlərinə görə, uzun müddətli iş stajı olan vətəndaşın aldığı təqaüdün miqdarının az olması təqaüdünün yığım hissəsinin olmamasından asılıdır:

"Məsələn, Sovet dövründə işləyən vətəndaşın təqaüdünün yığım hissəsi yoxdur. Təqaüd hesablanan zaman da ancaq sığorta və baza hissəsi hesablanır. Əgər vətəndaş uzun illər işləməsinə baxmayaraq, yığım hissəsi yoxdursa, təbii ki, onun təqaüdü az olacaq. Vətəndaş işlədiyi müddət ərzində sosial vergi ödəməlidir ki, pensiyasının bazasına vəsait yığılsın və yığım hissəsi formalaşsın. Vətəndaşın iş stajının bir hissəsi yığımın formalaşdığı ərəfəyə yəni, 2006-cı ildən sonraya düşübsə, o zaman təqaüdü çox olacaq. Təqaüdün yüksək olması yığım hissəsindən asılıdır".

Tarix
2014.10.02 / 11:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla