Yuxarı

İtaliyalı vəkil nazir müavini ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Apellyasiya Məhkəməsinin baş vəkili Antonio Marini Ədliyyə Nazirliyində olub.

Axar.az-a Ədliyyə Nazirliyindən verilən məlumata görə, IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan A.Marini nazir müavini ilə görüşüb.

Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşdə İtaliya və Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişafı, bu əlaqələrin dövlət başçılarının, həmçinin, parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri çərşivəsində daha da möhkəmləndiyi bildirilib.

Ölkəmizdə ilk dəfə səfərdə olduğunu bildirən qonaq Azərbaycanda böyük inkişafın şahidi olduğunu bildirib, məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini təqdir edib, öz ölkəsində məhkəmə sistemində mövcud problemlərin aradan qaldırılması üçün, habelə korrupsiya ilə mübarizədə bir çox Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləyib. A.Marini ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirib.

Görüşdə terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, Azərbaycanın erməni terrorizmindən əziyyət çəkməsi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı diqqətə çatdırılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyində olub.

Tarix
2014.10.02 / 12:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla