Yuxarı

Məkkədə Heydər Əliyevin ruhuna ehsan verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Həcc ziyarətində olan azərbaycanlı zəvvarlara Məkkədə ehsan süfrəsi açılıb. Mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ruhuna ithaf olunub.

Axar.az Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, demokratiyanın təməl prinsiplərinə arxalanan müstəqil dövlətimizdə vicdan azadlığı və islami dəyərlərin dirçəlişində, mənəvi intibahımızda və azərbaycanlı zəvvarların Həcc ziyarətinin bugünkü səviyyəyə çatmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bunu nəzərə alan və layiqincə dəyərləndirən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin şəxsi təşəbbüsü və dəstəyi ilə son illər Məkkədə Heydər Əliyevin ruhuna ehsan süfrələrinın açılması artıq ənənə halını alıb.

QMİ Həcc missiysının üzvü Hacı Həmdulla Babayevin verdiyi məlumata görə, mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb və Heydər Əliyevin ruhuna dualar oxunub. İdarə rəsmisi vurğulayıb ki, bu ənənə illər sonra da davam edəcək: "Çünki Ulu Öndərimizin Həcc missiyasının bu cür təmtərağa çatmasında böyük dəstəyi olub. Bunu nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə də idarənin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin təşəbbüsü ilə keçirdiyimiz mərasimdə Heydər Əliyevin ruhuna dualar oxunur və ehsanlar verilir".

Bildiririk ki, ehsan süfrəsi bir neçə yerdə qadın və kişi zəvvarlarımız üçün ayrı-ayrılıqda təşkil olunub. Ehsan zamanı Qarabağ müharibəsində torpaqlarımızın azadlığı və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz də yad edilib, ruhlarına dualar oxunub.

Tarix
2014.10.02 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla