Yuxarı

Ekologiya Nazirliyi həyəcan təbili çaldı: Kür-Araz çayları…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Ermənistandan təmizlənmədən axıdılan çirkab sular Kür çayının çirklənməsini artırıb.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat veriblər.

Nazirliin monitorinq qrupu Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Belə ki, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.3, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.6, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Tarix
2014.10.02 / 14:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla