Yuxarı

Britaniya XİN: “Rusiyanın hərəkətlərinə dözməyəcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Briyaniya Xarici İşlər naziri Filipp Hemmond Rusiyanın fəaliyyətini kəskin mühakimə edib və prezident Vladimir Putini hədələyib.

Axar.az Unian.net-ə istinadən bildirir ki, bu barədə o, mühafizəkarlar partiyasının konfransındakı nitqində bəyan edib.

Nazir qeyd edib ki, kommunizm üzərində qələbə çaldığı andan 25 il bu yana Böyük Brinaniya və Qərb dünyası Rusiyaya dostluq əlini uzadıb, investisiyalar, ticarət və əməkdaşlıq təklif edib:

"Lakin Vladimir Putin Krımın qeyri-qanuni ilhaqı, MH17 reysində 298 nəfər günahsız insanı qətlə yetirən raketlərin təchizatı və rus qoşunlarının dayanmadan Ukraynanın şərqinə yeridilməsi ilə bərqərar olmuş münasibətləri alt-üst etdi və konfrantasiya yolunu tutdu".

Filip Hemmond Böyük Britaniyanın Rusiyaya qarşı sankiyaların tətbiqində liderlik etməsilə fəxr etdiyini bildirib:

"Bu, o deməkdir ki, biz Rusiyanın qanunsuz hərəkətlərinə dözməyəcəyik. Və biz Şərqi Avropada NATO üzrə müttəfiqlərimizə qarşı təhlükə yaranmasına yol verməyəcəyik.

İcazə verin, cənab Putinə xatırladım ki, NATO-nun istənilən üzvünə qarşı təhlükə bütün NATO tərəfindən cavablandırılacaq".

Tarix
2014.10.02 / 14:17
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla