Yuxarı

Bu ölkə İŞİD-ə qarşı əməliyyatdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka parlamenti ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatlarına dəstək vermək üçün 7 ədəd F-16 təyyarələrinin göndərilməsi təklifini qəbul etməyib.

Axar.az xəbər verir ki, layihənin qəbul olunmamasının əsas səbəbkarı parlamentdəki müxalifət millət vəkillərinin etirazları olub.

Parlamentdəki sağ partiyalar İŞİD tərəfində vuruşan Danimarka vətəndaşlarının vətənə xəyanət maddəsi ilə ittiham olunub-olunmayacaqları ilə bağlı sual ünvanlayıblar. Hökumətin bu sualı cavabsız qoyması gərginliyə səbəb olub və səsvermə keçirilməyib. Yaranan qalmaqaldan sonra təyyarələrin əməliyyata göndərilməsi məsələsi də təxirə salınıb.

"İŞİD tərkibində olan Danimarka vətəndaşlarının hərbçilərimizə qarşı döyüşməsi açıq müharibə vəziyyətidir. Onların vətənə xəyanət maddəsi ilə mühakimə olunub-olunmayacaqları ilə bağlı hökumətə ünvanladığımız suala cavab verilmədi. Bu məsələdə təminat almağımız lazımdır və buna görə də sabah hökumətlə birgə toplantı keçirməliyik", - Mühafizəkar Partiyasının keçmiş sədri Lars Barfoed bildirib.

Tarix
2014.10.02 / 14:44
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla