Yuxarı

Metro və avtobuslarda eyni kart sisteminə keçilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda kart sisteminə keçid ilin sonuna tam yekunlaşacaq. Artıq yanvarın 1-dən avtobuslarda qəpiklər işləməyəcək.

Axar.az Nəqliyyat Nazirliyinə istinad edərək xəbər verir ki, Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar bir sıra tədbirlərlə yanaşı bütün nəqliyyat vasitələrində ödəniş kartlarının tətbiqi başa çatdırılacaq.

Qeyd edək ki, ölkəmizdə ictimai nəqliyyatda ilk kartlı keçidi Bakı Metropoliteni tətbiq edib. Artıq neçə ildir metroda nəğd ödəniş tamamilə ləğv edilib və insanlar kartla ödənişə öyrəniblər. Lakin hər nəqliyyat vasitəsi üçün ayrı-ayrı kartların tətbiqi vətəndaşlarda narahatlıq yaratdığından ictimai nəqliyyatda vahid kart sisteminin yaradılmasını təklif edirlər.

Bu məsələ 2 il əvvəl dövlət qurumları arasında müzakirə edilsə də, nəticəsiz qalmışdı. Daha doğrusu, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov buna razı olmamışdı. Bəs hazırda vəziyyət necədir?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında vahid kartın işə düşməsi üçün danışıqların davam etdirildiyini bildirb:

"Təbii ki, ümumi ictimai nəqliyyatda vahid kart sisteminə keçilməsi bizim də istəyimizdir. Artıq bununla bağlı danışıqlar gedir. İstər tərəfdaş şirkətlər, istərsə də müvafiq dövlət qurumları ilə danışıqlar davam edir. Düşünürük ki, buna nail ola biləcəyik".

Xatırladaq ki, hazırda bir çox xarici ölkələrdə, o cümlədən, Böyük Britaniyada nəqliyyatda vahid kartdan istifadə edilir.

Tarix
2014.10.02 / 15:41
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla