Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah qısamüddətli az yağış yağacaq, külək zəifləyəcək.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Belə ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Gündüz mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Bölgələrin hava durumuna gəlincə, oktyabrın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Nazirlik oktyabr ayının 3 və 5-i üçün tibbi-meteoroloji proqnozu da yayıb. Belə ki, oktyabrın 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

Tarix
2014.10.02 / 15:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla