Yuxarı

Polisdən Cəmil Həsənlinin qızı ilə bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəmil Həsənlinin qızının adam vurması ilə bağlı məndə hazırda məlumat yoxdur. Amma bunu istisna da etmirəm".

Bu sözləri Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günelin avtomobillə 86 yaşlı xanımı vurması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Qurum rəsmisi hadisəni istisna etməyib:

"Gün ərzində paytaxt ərazisində 8-10 qəza hadisəsi baş verir. Təbii ki, kimin kim olduğunu və hansı səlahiyyət daşıdığını incələmirik ki, yadda da qalsın. Bu gün beynəlxalq tədbir olan Bakı Beynəlxalq Humanitar Forumuna görə gücləndirilmiş iş rejimi ilə çalışırıq. Bu səbəbdən hadisəni dəqiqləşdirmək və mətbuata açıqlamaq imkanım xaricindədir".

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günelin 10 gün əvvəl Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsində idarə etdiyi "Kia" markalı 90 VL 983 nömrəli avtomobili ilə 86 yaşlı qadını vurduğu barədə xəbər yayılıb. İddiaya görə, xəsarətlə alan yaşlı xanımı xəstəxanaya çatdıran sürücü qəzanı polisdən gizlətməyə çalışıb. Professor Cəmil Həsənli "Hafta.az"a verdiyi açıqlamada yayılan xəbəri yalan adlandırıb.

Tarix
2014.10.02 / 15:53
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla