Yuxarı

"Baku United" İtaliya çempionunu darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də UEFA Futzal Kubokunun əsas mərhələsinin oyunlarına start verilib.

Axar.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu İngiltərə çempionu "Baku United" "ölüm qrupu" sayılan 5-ci qrupda İtaliyanın "Luparense", Serbiyanın "Ekonomak" və Yunanıstanın "Afina 90" klubları ilə mübarizə aparır.

İlk oyunda "Baku United" turnirin favoritlərindən biri sayılan İtaliya çempionu "Luparense" ilə qarşılaşmış və əsas mərhələnin ən böyük sürprizini edərək rəqibini 6-2 hesabı ilə darmadağın edib. "Bakılılar" xüsusən 1-ci hissəni yüksək səviyyədə keçirərək rəqib qapısına cavabsız 4 qol vurmuşdur. İkinci hissədə italyanlar hücuma atılaraq ardıcıl 2 qol vurmağa müvəffəq olublar. Bununla belə, "Baku United" rəqibinə oyunda dönüş yaratmağa imkan verməmiş və daha 2 qol vuraraq 6-2 hesablı qələbə qazanıb.

"Bakılılar"ın heyətində 3 qol vuran Tobe fəallığı ilə seçilib. Komandanın lideri Marselo da hesabına 2 qol yazıb, daha bir qolu isə Conatan vurub.

Tarix
2014.10.02 / 16:14
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla