Yuxarı

Bu il dünya universitetlərinə qəbul olunan azərbaycanlılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər.

Bu barədə Axar.az-a Təhsil Nazirliyindən məlumat verilib. Dövlət Proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub.

Aparıcı universitetlərin QS Reytinqinin top-onluğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc Dövlət Proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilir. Belə tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar. Bu il dünya universitetlərinin QS reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top-30-dakı universitetlərdə Dövlət Proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir.

Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə təsdiq olunacaq. Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb.

Bu il Türkiyədə tibbdə ixtisaslaşma imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar.

İlk dəfə bir ildə 9 nəfər Almaniyada magistr səviyyəsində təhsil almaq üçün Dövlət Proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib.

Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək.

Tarix
2014.10.02 / 16:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla