Yuxarı

İlham Əliyev iki ölkə rəsmisini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulandı. Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edildi.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırıldı, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulandı.

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.

Prezident İlham Əliyev Valentina Matviyenkonu yenidən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirdi. Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə onun təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş etdi. Azərbaycan Prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlətinin başçısı ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri əhatələməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırdı. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsində önəmini vurğuladı.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident Vladimir Putinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Valentina Matviyenko dövlətimizin başçının Forumdakı çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. Bakıda gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Vladimir Putinə salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina Matviyenkodan xahiş etdi.

Tarix
2014.10.02 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla