Yuxarı

İlham Əliyev həmkarlarını təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə təbrik məktubu unvanlayıb.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıram".

***

Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAlmaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka təbrik məktubu unvanlayıb.

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf yolundadır. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də Avropa strukturları çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iqtisadi, humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm".

Tarix
2014.10.02 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla