Yuxarı

Azərbaycan Fransaya nota verdi: "Bu qanunsuzluqdur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbəb Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəridir.

Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilib.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir: "Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik Fransua Roşeblaun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə qurduğu təmaslarla separatizm, etnik təmizləmə, insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verir".

Tarix
2014.10.02 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla