Yuxarı

Musa Yaqubun səhhəti ağırlaşdı, Türkiyəyə aparıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi Musa Yaqubun səhhəti ağırlaşıb.

Şairi əməliyyat olunmaq məqsədi ilə Türkiyəyə aparıblar. Bu barədə Publika.az-a Musa Yaqubun gəlini Gülər xanım məlumat verib.

Gəlinin sözlərinə görə, Musa Yaqubun böyrəyində yaşadığı problemlər onu birdən-birə yatağa salıb: "Vəziyyəti yaxşı idi, amma böyrəyində olan problemlər onun səhhətinə ciddi təsir göstərdi. Ağrıları artdı və qərara gəldilər ki, onu Türkiyəyə aparıb orada müalicə etsinlər. Əslində, onun böyrəklərində, lap cavanlıq illərindən çoxdan problem yaranmışdı. Cavan olduğu müddətdə bu ağrılara dözürdü, amma yaşa dolduqca bu problem dərinləşdi. Həkimlər onun böyrəyində xırda daşların olduğunu dedilər. Dəfələrlə Bakıda həkim müalicəsi aldı, amma xeyri olmadı. Səhhəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Dostları dedilər ki, Türkiyədə bu problemi həll etmək olar. Həkimlər müayinə edəcəklər, mümkün olsa, daşlar əridiləcək, mümkün olmasa, şair əməliyyat olunacaq. İnşallah, Allah özü kömək olar".

Gəlinin sözlərinə görə, Musa Yaqub azı bir həftə Türkiyədə həkim nəzarətində olacaq. Onu da öyrəndik ki, Musa Yaqubu Türkiyəyə oğlu aparıb.

Tarix
2014.10.10 / 11:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla