Yuxarı

Ölüləri belə dirildirlər - ŞOK

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər bir qrup elm adamının həyata keçirdiyi bəzi təcrübələr bunun mümkün olduğunu üzə çıxarıb.

Mütəxəssislər xəstənin qanını boşaldıb yerinə buzlu soyuq su inyeksiya etməklə insanları ölümün pəncəsindən alaraq həyata qaytaracaq bir üsul üzərində çalışırlar.

Ann.az-ın məlumatına görə, Arizona Universitetinin professoru Peter Rhee belə bir tədqiqat üzərində çalışdıqlarını deyib: "Bədən tempraturunun 10 dərəcəyə düşdüyü, beyin funksiyaları dayanmış, qanın axıdıldığını və ürəyin dayandığını görən kimsə xəstənin artıq öldüyünü düşünə bilər. Amma mütəxəssislər hesab edir ki, bu vəziyyətdəki adamı yenidən həyata qaytarmaq mümkündür".

Maryland Universitetindən olan Samuel Tisherman ilə birlikdə çalışan Peter Rhee "Gec canlandırma" adı verdikləri tədqiqat zamanı bədənin bu vəziyyətdə qalmasının mümkün olduğunu vurğulayıb. Bu günə qədər yalnız heyvanlar üzərində sınanmış olan bu təcrübə bədəndən qanın boşaldılmasını və bədən istiliyinin 20 dərəcəyə qədər aşağı salınmasını tələb edir.

Canlının təkrar həyata qaytarılması bu cür həyata keçirilir: bədəndəki duzlu maye sovrulur, onun əvvəlcədən depolanmış qanı təkrar özünə qaytarılır və bədən tempraturu yüksəlməyə başlayır. Rhee prosesi belə təsvir edir: "Qan bədənə yayıldıqca vicudun rəngi çəhrayiləşir, bədən istiliyi müəyyən bir dərəcəyə çatanda ürək özbaşına işləməyə başlayır. Çox maraqlı bir şəkildə: 30 dərəcədə ürək birdən-birə tək-tək atmağa başlayır; istilik yüksəldikcə ürək atışı da tədricən artır". Professorun sözlərinə görə, bu əməliyyatdan keçən heyvanlar oyandıqdan sonra heç bir əks təsiri olmadan ertəsi gün normal vəziyyətlərinə qayıdırlar.

Bir müddət əvvəl Samuel Tisherman bu texnikanın Pensilvaniyada güllə yarası almış insanlar üzərində tətbiq edəcəyini açıqlaması bütün dünyada əks-səda yaratmışdı. Professor izah etməyə çalışmışdı ki, zədə nəticəsində ürək atışları dayanan bu xəstələr üçün bu metod onların əslində son şanslarıdır.

Tisherman ictimaiyyətin bu texnikanı elmi fantastika olaraq qəbul etməsini istəmir. Ancaq Rhee bu işin belə bir təcrübənin başlanğıcı ola biləcəyi fikirindədir.

Naməlum XƏTT

Tisherman artıq ölum halının subyektiv olduğunu qeyd etməklə bərabər həkimlərin ürək masajından ümid kəsdikləri an onların bu təzə tədqiqatının işə düşəcəyini bildirir. "Resuscitation" jurnalda dərc olunan bir məqalədə ürək masajından bəhs edilir və bildirirlir ki, xəstəxanaların təcili xidmətlərində çalışan həkimlər arasında aparılan bir anketdə tibb işçilərinin 50 faizi "Lazarus faktı" adlandırılan və artıq ümid kəsilən bəzi xəstələrdə ürəyin öz-özünə yenidən işə başlamasının şahid olublar.

Ürəyi yenidən işlətmək işin yalnız başlanğıc hissəsidir; ürək dayanmasının ardından oksigen çatışmazlığı başda beyin olmaqla bərabər həyati orqanlarda ciddi ziyana yol aça bilir. Tisherman oksigensiz keçən hər dəqiqədə bu orqanların yavaş yavaş ölməyə başladığını bildirir.

Tishermanın müəllimi və 1960-cı illərdə ürək masajı texnikasını inkişaf etdirməklə ölüm hallarının sayının dəyişilməsinə gətirib çıxaran elm adamı Peter Safar bu problemin də həll yolunu göstərib: Buz parçalarıyla bədən istiliyini 33 dərəcəyə qədər aşağı salmaqla hüceyrələrin fəaliyyətini yavaşlatmaq və bununla da oksigen təminatını azaltmaq və bununla da oksigen çatışmazlığının verəcəyi ziyan minimuma enmiş olur.

Bu üsulun tətbiqi ürək dayanması və beyin ölümü hadisələri baxımından yeni bir fürsət yaratmış oldu.

Bir müddət əvvəl Texasdakı xəstəxanalardan birində 40 yaşlı xəstənin üzərində tam üç saat yarım davam edən ürək masajından sonra xəstənin ürək funksiyası bərpa olunmuşdu. Həkimləri heyrətləndirən ürək masajı əsnasında xəstənin şüurunun geri gəlməsi və danışmağa başlaması olmuşdu. Buna şahid olan həkimlər daha əvvəl belə bir hadisəylə qarşılaşmadıqlarını ifadə etmişdilər.

ZAMAN QAZANMAQ

Ürək dayanmasına zədə nəticəsində yaralanma (güllə yarası ya da avtomobil qəzası) halı səbəb olursa, həkimlərin xəstəni həyata qaytarma şansları xeyli azalmış olur. Cərrahiyyə əməliyyatları zamanı ən yaxşı yol qol və qıçlara gedən arteriyaları tıxayıb, sinəni açıb ürək masajı etmək və yaralar tikilənə qədər beynə bir azca da olsa, qan axınını təmin etmək. Bu vəziyyətdə də həyatda qalma nisbəti yenə cəmi 10 faizdir.

Tisherman belə bir şəraitdə bədən tempraturunu 10-15 dərəcəyə qədər salaraq həkimlərə əməliyyat üçün bir neçə saat daha qazandırmaq istəyir. Əslində, belə praktika - bədən soyutma əməliyyatı bu gün də bəzi ürək əməliyyatlarında tətbiq olunur.

Tishermanın layihəsində isə bu əməliyyat ilk dəfə xəstəxanaya "ölü" olaraq gətirilən kəslərə tətbiq edilərək onların yenidən həyata dönüşünü təmin etmiş olacaq. Ölüm səbəbiylə maddələr mübadiləsi dayanmış olduğundan və hüceyrələri canlı tutmaq üçün bədəndəki qan boşaldılır və bədənin sürətli bir şəkildə soyuması üçün yerinə duzlu soyuq su dolduruluyor. Bu bədənin soyuması üçün ən sürətli yol olaraq bildirilir.

Tisherman, Rhee və başqa elm insanları 20 illik bir iş nəticəsində bu tətbiqin etibarlı və təsirli olduğunu qənaətinə gəliblər. Təcrübələrin çoxunda ölümcül yara almış donuzlardan istifadə edilib. Heyvanların bədənləri lazım olduğu qədər - bədən istiliyi 2 dərəcəyə qədər salmaq mümkün olub. Tədqiqatda iştirak edən canlıların 90 faizi bir saatlıq əməliyyatdan sonra bədənlərinə qan qaytarılmaqla və tempratur artırılmaqla yenidən diriliblər. Bu heyvanlar üzərində edilən testlər beyin fəaliyyətlərində də hər hansı bir ziyan daşımadığını və yaddaş itkisi ortaya çıxmadığını göstərib.

İNSAN üzərində sınaqlar

Əlbəttə ki, bu tədqiqatın insanlar üzərində sınanması üçün icazə almaq elə də asan deyil. Amma bu il Tishermana Pennsylvania ştatındakı Pittsburgh şəhərində silahla yaralanmış xəstələr üzərində pilot sınaq etməsi üçün icazə verilib. Baltimore və Tuscon'da da sınaq hazırlıqlarına hazırlaşır.

Bütün tibbi araşdırmalarda olduğu kimi bunda da heyvanlar üzərindəki təcrübələrdən insana keçid bəzi çətinliklərlə ehtiva edilir. Məsələn, heyvanlara əməliyyat sonrası öz qanları verilib, amma insanlara qan köçürülərkən qan banklarındakı donor qanların nəqli düşünülür. Ayrıca heyvanlar anestezi altında yaralanarkən, qızdırmalı və silahla yaralanmış insanlar normal haldaykən bu yaranı almış olacağı üçün bədənin bu zədəyə verəcəyi reaksiya fərqli ola bilər. Lakin Tisherman optimist baxır. "Donuzlar və itlər qanama halında insana bənzər reaksiya verir" - deyir.

Digər həkimlər isə prosesləri maraqla izləyirlər. Bəzi hkimlər bu qənaətdədir ki, beyni qorumaq üçün bədən tempraturunun aşağı salınmasının lazım olduğunu çox adam bilir, amma bu praktikanın tətbiq edilməsi əksər tibb işçilərini qorxudur.

Əgər təcrübələr uğurla nəticələnərsə, Tisherman bu əməliyyatları fərqli zədələrdə də istifadə etmək istəyir. İlk sınaqda güllə yarası olan xəstələr üzərində aparılmasına səbəb qan itkisi qaynağının asan olmasıdır. Ancaq yaxın gələcəkdə bu əməliyyatın avtomobil qəzaları zamanı yaralanmalarda görülən daxili qanaxmalarda, ürək böhranı və daha başqa xəstəliklərdə də tətbiq olunması ümid edilir.

Tarix
2014.10.15 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla