Yuxarı

Ölkədə nə qədər uşaq icbari tibbi müayinədən keçib?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Azərbaycanda 2 milyondan çox uşaq icbari tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ilin sonunadək icbari tibbi müayinələrə ölkənin bütün azyaşlıları cəlb olunacaq. Bu barədə oktyabrın 14-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyası ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib.

İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyevin sözlərinə görə, müayinə olunanlar arasında ən çox tənəffüs üzvləri xəstəlikləri müşahidə olunub. Bundan başqa, tibbi müayinədən keçirilən uşaqlar arasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə də rast gəlinir.

Tədbirdə "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən də söhbət açılıb. Qeyd edilib ki, 2012-ci ilin sonlarında "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qüvvəyə minib. Diqqətə çatdırılıb ki, Azərbaycan qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir. Ölkəmizdə ana və uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən mükəmməlidir. Ölkə əhalisinin üçdə birini əhatə edən bu qanunda 18 yaşına kimi bütün uşaqların icbari müayinədən keçirilməsi nəzərdə tutulur. Qanuna əsasən, uşaq anadan olandan iki yaşa kimi ay ərzində 3 dəfə, iki yaşından sonra 6 aydan bir, üç yaşdan 18 yaşa kimi isə ildə 1 dəfə icbari şəkildə müayinədən keçməlidir. Qanun həm tibb işçilərinə, həm də valideynlərə aiddir. Ona görə ki, qanuna görə, valideyn uşağın peyvənd olunmasından imtina edirsə, onda bu barədə yazılı müraciət etməlidir.

Mətbuat konfransında uşaqların icbari tibbi müayinələrə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb.

Tarix
2014.10.16 / 02:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla