Yuxarı

Tətil hesabına “tətil”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərs ili başlar-başlamaz şagirdlərə "şad xəbər" verildi ki, dərs ilinin müddəti uzadılıb. Bu ildən onlar son zəngin səsini iyunun 15-də alacaqlar.

Bu sahəyə məsul olan vəzifə sahibləri dəsr ilinin uzadılmasının tədrisin keyfiyyətini artırmaq, proqramı daha yaxşı çatdırmaq məqsədi daşıdığını elan etdilər.

Artıq məktəblər yeni, uzadılmış proqramla işləyirlər. Cədvəllərdə də xeyli dəyişiklik edilib. Bəzi fənnlərin dərs saatları azaldılıb və s.

Bu günlərdə isə mediada xəbər yayıldı ki, hökumət dərs ilinin uzadılması barədə hələ konkret qərar verməyib. Belə olanda təbii olaraq müəyyən suallar ortaya çıxır. Qərar qəbul etmədən proqramı necə dəyişmək olar? Əgər dərslər köhnə qaydada mayın sonunda bitəcəksə, uzadılmış proqramın aqibəti necə olacaq?

Bu suallar cavabını gözlədiyi bir vaxtda daha bir xəbər aldıq. Uzadılmış proqramda məktəblilərin qış və yaz tətillərinin yeri də dəyişib. Belə ki, şagirdlər bu il qış tətilinə fevral ayında çıxacaqlar. Yaz tətili isə apreldə olacaq. Hər dəfə bir həftə istirahət veriləcək. Yanvar və mart aylarındakı bayram günləri də öz yerində.

Bundan belə aydın olur ki, dərs ilinin uzadılması tətil günlərinin ayrılması və artırılmasına xidmət edir. Şagirdlər iki həftəlik "tətil"in əvəzində iyunun istisində dərsə getmək məcburiyyətində qalacaqlar. İsti havada dəsr oxumağın və yeni dərs izah etməyin çətinliyini artıq uzun illərin təcrübəsi sübut etdiyindən, bu haqda danışmağa lüzum yoxdu. Hələ köhnə rejimlə mayın 15-dən sonra uşaqları sinifə yığmaq üçün müəllimlərin min bir bəhanə uydurmaları da sirr deyil.

Belə bir şəraitdə dərslərin uzadılmasının tədrisin keyfiyyətinə müsbət təsir etməsi heç ağlabatan deyil. Məncə, təhsil sistemini təcrübə poliqonuna çevirməkdənsə, uşaqlarımıza, gələcəyimizə daha faydalı ola biləcək qərarlar qəbul etmək lazımdır. Məsələn, orta təhsilə 7 yaşdan başlamaq, tapmaca tipli metodikanı elmə və məntiqə dəyişmək kimi.

Tarix
2014.10.19 / 09:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Dekanın ölümü, hakim ədaləti və ... - İlk cəza

Ərdoğandan Azərbaycana gözlənilməz jest - Foto

İpotekada sevindirici dəyişiklik gözlənilir

Azərbaycan tələbələri üçün iş yarmarkası

Ali məktəblərə ərizə qəbulu başladı

Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması

"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"

Fiziki qüsurlu uşaqlara müjdə

Gənc qızı bədbəxt edən “həkim” yoxa çıxıb

“British Airways”dən azərbaycanlı sərnişinlər üçün aksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla