Yuxarı

Külək məktəbin damını atdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü külək nəticəsində Yasamalda yerləşən 225 nömrəli məktəbin damı uçub.

Axar.az xəbər verir ki, bu barədə məlumat Feysbuk sosial şəbəkəsində "Sancaq" səhifəsində yayılıb. Səhifə adminləri foto paylaşaraq məktəbin damının uçduğunu qeyd ediblər: "Güclü külək nəticəsində Yasamalda yerləşən 225 nömrəli məktəbin damı uçub yerə dağılıb. Orda oxuyan məktəblilər, müəllimlər, validenlər, sabah dərsə gedəndə çox diqqətli və ehtiyatlı olsunlar! O ərazidə yaşayan dostlarınıza da xəbər edin!"

Küləyin vurduğu daha bir ziyan isə "Gənclik" metrosu istiqamətindən Dövlət Tibb Universitetinə gedən yoldadır. Axar.az əməkdaşı xəbər verir ki, güclü külək yeni hörülən divarı dağıdıb və daşlar yola tökülüb. Hadisə nəticəsində qəza və ya xəsarət alan olmayıb.

Sabah da daxil olmaqla bir neçə gün davam edəcək küləkli hava şəraiti yağışla da müşayət olunacaq. Bölgələrdə isə hətta sulu qar və qar yağacağı deyilir.

Hidrometeroloq Gülşad Məmmədovanın sözlərinə görə, arabir güclənən cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunub: "Küləyin axşama doğru daha da şiddətlənəcəyi gözlənilir".

Tarix
2014.10.19 / 21:30
Müəllif
Nigar İxtiyarqızı, Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla