Yuxarı

Kreml yanına çəkdiyi ölkələri özü ilə birgə batıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml hələ də imperiya olmağın yolunu torpaq artırmaqda görür".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib. O, Kremlin Avrasiya İttifaqının xərclərini ödəyə bilməyəcəyini deyib:

"Rusiyanın iqtisadi vəziyyəti gün-gündən çətinləşir: neftin qiyməti düşür (qazın qiyməti də nəftə bağlı olduğundan düşəcək), rubl ucuzlaşır (yəni, daxildə qiymətlər artır), investorlar qaçır (ilin sonuna 150 mlrd. dollar ölkədən çıxacaq), daxili və xarici borclar artır. Bütün bunlarla yanaşı, Kreml hələ də imperiya olmağın yolunu torpaq artırmaqda görür. Bu isə əlavə xərclərdir. Abxaziya ildə 1 milyard dollara, Osetiya 500 milyon, "Dnesteryanı Respublika" 300 milyona başa gəlir. Krım isə artıq 5 milyard "yeyib", 2018-ci ilə qədər isə 50 mlrd dollar "yeyəcək". İndi də Avrasiya İttifaqı yaratmağı düşünür, bunun üçün hər il Belarusa 3 milyard, Ermənistana 1,5 milyard, Qırğızıstana 2 milyard yardım etməli olacaq. Bu qurumun institutlarını saxlamaq üçün isə ildə 1 milyard xərcləməli olacaq. Şimal ayısı nə qədər güclü olsa da, bu qədər yükü çəkə bilməyəcək. Hələ Federasiyaya daxil olan bölgələrin xərclərini saymadım. Məsələn, tek Çeçenistan ildə 1,5 milyard dollar dotasiya alır. Bir sözlə, ayı özünü zibilə salıb, kimi yanına çəkibsə, hamısını özü ilə bir yerdə batıra bilər".

Tarix
2014.10.20 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla