Yuxarı

Hərbçilərimiz Türkiyəyə gedəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Axar.az-n Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, oktyabrın 20-dən 21-dək Rukla şəhərində (Litva) Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və mərkəzdə təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbul şəhərində (Türkiyə) Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi planlaşdırılır.

Eyni zamanda İzmir şəhərində (Türkiyə) Əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması kursu, Brüssel şəhərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursunun keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı oktyabrın 21-dən noyabrın 13-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Tarix
2014.10.20 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla