Yuxarı

Ölkədə müavinət alanların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ƏƏSMN tərəfindən 334 650 nəfərdən çox şəxsə aylıq sosial müavinət ödənilir.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.

Bu ilin 01 oktyabr tarixinə ölkəmizdə 425 650 nəfərə (respublika əhalisinin 4,4 faizinə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 650 nəfəri (78,6 faizi) aylıq, 91 000 nəfəri (21,4 faizi) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.

Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 01 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 01 oktyabr 2014-cü il tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8299 nəfərdir. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılıb. Bu artım ümumilikdə 53 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb və belə şəxslərə müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

Tarix
2014.10.20 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla