Yuxarı

Bakıda İngiltərə ali məktəblərinin sərgisi keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1-2 noyabr 2014-cü il tarixlərində "British Council Azərbaycan" özünün növbəti "Education UK" təhsil sərgisini keçirəcək.

Sərgi təşkilatçılarının Axar.az-a verdiyi məlumata görə, bu payız sərgidə Birləşmiş Krallığın 43 aparıcı universiteti, ingilis dili kursu, kolleci və məktəbi iştirak edəcək. Sərginin əsas məqsədi tələbələrə akademik biliklərlə yanaşı, müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır. Təşkilatçılar bildirir ki, bu, Birləşmiş Krallığın yüksək reytinqli universitetlərinin, ən güclü kollec və məktəblərinin və ən yaxşı İngilis dili kurslarının Azərbaycandakı ən böyük sərgisidir. Sərgidə tələbələr müxtəlif təhsil pillələri üzrə tədris imkanları, təqaüd proqramları, distant təhsil barəsində məlumatlana, universitetlərə, məktəb və kolleclərə birbaşa ərizə qəbulu barədə məlumat ala, eləcə də təhsil müəssisələrinin nümayəndələri ilə məsləhətləşə biləcəklər.

Sərgi barədə daha ətraflı aşağıdakı linklərdən məlumat ala bilərlər.

www.educationuk.org/Azerbaijan

www.facebook.com/BritishCouncilAzerbaijan

www.facebook.com/EducationUK.BritishCouncil

Tarix
2014.10.20 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla