Yuxarı

Rus gəmiləri Bakı sahillərini tərk etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının gəmilərinin ölkəmizə səfəri başa çatıb.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, donanmanın "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri oktyabrın 20-də başa çatıb.

Qeyd edək ki, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmiləri oktyabrın 16-da Bakıya yan almışdı.

Səfər zamanı gəmilərin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeydəki eksponatlarla tanış olublar. Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmilərin heyətlərinin paytaxtımıza gəzintisi təşkil olunub. Bundan əlavə, Azərbaycan və Rusiya dənizçiləri arasında futbol üzrə yoldaşlıq görüşləri keçirilib.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunub. Onlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə də yaxından tanış olublar.

Tarix
2014.10.20 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla