Yuxarı

Mehriban Əliyeva Şahindoxt Movlaverdi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.

AzərTac xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söylədi. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirdi.

Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirdi, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğuladı. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə etdi.
Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirdi. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğuladı ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.

Sonda xatirə şəkli çəkdirildi.

Tarix
2014.10.20 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla