Yuxarı

İki nazir istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada iki nazir vəzfəsindən istefa verməyə məcbur olub.

Axar.az xəbər verir ki, hökumətin iki əsas siyasi xadimi seçiciləri ələ almaq barədə ittihamların fonunda istefa verib. Bunlardan biri İqtisadiyyat, ticarət və sənaye naziri Yuko Obuçi, digəri isə Ədliyyə naziri Midori Matsuşimudur.

Sabiq Ədliyyə naziri seçicilərə üzərində öz fotosu əks etdirilən yelpiklər paylamaqda təqsirli bilinib. Bu, müxalifət tərəfindən onun ünvanına səslənən kəskin ittihamlara səbəb olub.

Midori Matsuşimu özü də etiraf edib ki, seçicilərə hətta ən ucuz hədiyyənin verilməsi belə qanunazidd hərəkətdir. Müxalifətin bəyanatına görə, belə addım Ədliyyə naziri vəzifəsini tutmaqla bir araya sığa bilməz.
Əvvəllər hökumət belə qalmaqallardan yayınmağa müvəffəq olmuşdu. Midori Matsuşimu və Yuko Obuçi hazırkı hökumətə daxil olan qadınlardan ibarət qrupun üzvləri idilər. Onlar cari ilin sentyabrında hökumətdə aparılan dəyişiklik zamanı gender bərabərliyi uğrunda mübarizə şüarı ilə vəzifəyə gətirilmişdilər.

Tarix
2014.10.21 / 01:22
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla