Yuxarı

117 uşaq Litvada reabilitasiya kursu keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrdə uşaqlar üçün qayğı və reabilitasiya mərkəzləri yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində bu il də müxtəlif layihələr icra olunub. Layihələr çərçivəsində respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı mərkəzləri və Bakı şəhərində, Zaqatala, Biləsuvar, Cəlilabad, Şəmkir rayonlarında icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb.

Həmçinin, Bakıda sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası üçün il ərzində 350-500 uşağa xidmət göstərən 2 sığınacaq, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, Şəki şəhərində 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, Bakı və Gəncə şəhərlərində ümumilikdə 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihələr işə salınmaqla, Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzinin, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım edən mərkəzin, ailə tipli kiçik qrup evinin yaradılması təmin edilib. Bununla yanaşı, Şabran, Quba, Xızı və Siyəzən rayonlarında 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası məqsədilə 100 nəfər uşağı əhatə edən layihə icra olunur.

Layihələr çərçivəsində 117 nəfər sağlamlıq imkanlar məhdud uşaq valideynləri ilə birlikdə Litvada reabilitasiya kursu keçib, belə uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları aparılıb. Sosial sifarişləri icra edən təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə həyata keçirilir.

Tarix
2014.10.21 / 02:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla