Yuxarı

Kreml separatçı qurumları ittifaqa yığır - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Abxaziyanın Gömrük İttifaqına daxil edilməsindən dərhal sonra böyük ehtimalla Cənubi Osetiyanı da bu tale gözləyir".

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı deyib.

O, Rusiyanın bu tip addımının Qafqazda həll olunmamış konfliktlər üçün təhlükə yaradacağını deyib:

"Rusiyanın Cənubi Qafqazda Abxaziya ilə bağlı belə bir qərar verməsi ümumilikdə həll olunmamış konfliktlərin gələcəyi üçün təhlükəli görünməkdədir. Abxaziyanın Gömrük İttifaqına daxil edilməsindən dərhal sonra böyük ehtimalla Cənubi Osetiyanı da bu tale gözləyir. Regionda bu tip yanaşmanın Dağlıq Qarabağa da şamil edilməsi riski mümkündür. Əgər Azərbaycan Gürcüstanın xarici siyasət yolunu davam etdirsə, bu plan reallaşacaq. Əlbəttə, Azərbaycan xarici siyasətində bundan sonrakı dönəmdə daha ehtiyatlı olmalıdır".

Qeyd edək ki, Rusiya Abxaziya ilə birgə ortaq müdafiə birlikləri və ticarət əhatəsinin yaradılması haqqında qərar verib. Bu addım Gürcüstan tərəfindən qətiyyətlə pislənib. Rəsmi Tiflis tezliklə bunun qarşılığını verəcəyini bildirib.

Tarix
2014.10.21 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla