Yuxarı

“Rusiyanın birlik oyununda Qarabağ mükafatı yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Azərbaycanı Gömrük İttifaqına dəvətinin altında heç bir Qarabağ vədi yer almır".

Bu sözləri Axar.az-a Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu son günlər Azərbaycanın Avrasiya İttifaqına daxil olması ilə Qarabağın qaytarılması məsələsinin yenidən gündəmə gəlməsinə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, Avrasiya İttifaqı ilə bağlı bugün Azərbaycanın heç bir rəsmi mövqeyi yoxdur və hökumətin gündəmində belə bir məsələ yer almır:

"Gömrük Birliyinə daxil olmaq inteqrasiyanın ilkin mərhələsidir. İnteqrasiya isə bərabər səviyyəli ölkələr arasında ola bilər. Yəni qarşılıqlı münaqişə problemi olan ölkələrin eyni birlikdə hər hansı bir inteqrasiyanı formalaşdırması qeyri-mümkündür. Bugün Ermənistan Avrasiya İttifaqına daxil olub və gələcəkdə Azərbaycanın da daxil olması, iki ölkə arasında effektli mübasibətlərin qurulması üçün öncəliklə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi əsas şərtdir. Çünki Gömrük Birliyinə qoşulan dövlətlər arasında gömrük tariflərindən azad olma, güzəştlərin tətbiq edilməsi kimi önəmli məsələlər var. Əgər iki dövlət arasında münaqişə mövcuddursa və iqtisadi münasibətlər yox səviyyəsindədirsə, burda hansı inteqrasiyadan söhbət gedə bilər? İttifaqa daxil olan ölkələr arasında rejim və münasibətlər eyni anda tətbiq edilməldir. Əks təqdirdə bunun effektivliyindən heç söhbət belə gedə bilməz. Azərbaycanın nə Gömrük İttifaqına üzv olması, nə də Dağlıq Qarabağ məsələsinin bu cür yolla həlli mümkün deyil. Avrasiya İttifaqı Rusiyanın Ermənistan və Azərbaycanı asılılıqda saxlamaq üçün qurulan bir oyunudur və təəssüf ki, bu oyunun sonunda Qarabağ mükafatı olmayacaq".

Tarix
2014.10.21 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla