Yuxarı

Ermənilər Azərbaycanın içməli suyunu çirkləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Ermənistanın Kür çayını çirkləndirməsi nəticəsində çayda biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Axar.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.9, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Oktyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3.4, I Şahsevəndə 3.1, Bəhramtəpədə isə 2.9 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.41-6.19 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Tarix
2014.10.21 / 11:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla