Yuxarı

“Qarabağla bağlı məndə çox önəmli məlumat var...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ probleminin həlli istiqamətində artıq Rusiyadan nəsə gözləməkdən keçib".

Bu sözləri Axar.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dağlıq Qarabağ probleminin həllində maraqlı ölkələrin rolunu şərh edərkən deyib. O bildirib ki, ABŞ və AB dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı olduqlarını ifadə ediblər:

"AŞ PA-nın və AP-nin münaqişə ilə bağlı müvafiq qətnaməsi var. Bir sıra Avropa ölkələrinin parlamentləri Azərbaycanın işğal olunmuş əraziləri, etnik təmizləmə və yüzminlərlə qaçqın soydaşımızla bağlı qətnamə qəbul edib. Minsk Qrupunun həmsədri kimi daha çox ABŞ münaqişənin həllinə səy göstərib. Bir amil hər zaman nəzərə alınmalıdır ki, Ermənistan bu proseslərdə ancaq danışıqların imitasiyasını həyata keçirir. Dağlıq Qarabağ münaqişəsinin həlli fonundakı siyasəti və roluna görə Ermənistan müstəqilliyini itirmiş və hərbi pafosa çevrilmiş bir ölkədir. Müstəqil qərarlar vermək imkanına malik olmayan bir ölkənin bu məsələdəki rolu daha çox İrəvanın havadarından asılıdır. Rusiya problemin həllində önəmli addım atmaq istəyərsə, çox asanlıqla Ermənistanı sülhə məcbur edə bilər. Lakin bu, baş verməyəcək. Çünki artıq məsələnin həllində çıxış yolu kimi Rusiyadan hər hansı bir addım gözləməkdən keçib. Buna görə də problemlə bağlı yaxın 10 ildə nəsə ciddi bir irəliləyiş gözləmirəm. Ancaq məndə olan çox ciddi məlumatlara əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişənin həllində yaxın gələcəkdə Rusiya yox, başqa ölkələr nəsə etsin".

Tarix
2014.10.21 / 12:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla