Yuxarı

BAXCP Avropa Parlamentində təmsil oluna bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BAXCP-nin Avropa Parlamentinin Avropa Mühafizəkarları və İslahatçıları qrupuna üzlüyünə qəbulla bağlı danışıqlar aparılır".

Bu barədə Axar.az-a məlumatı BAXCP sədrinin İcitimai və siyasi məsələrə üzrə müavini Niyaməddin Orduxanlı verib. Onun sözlərinə görə, BAXCP sədri Qüdrət Həsənquliyev Avropa Parlamentinin Avropa Mühafizəkarları və İslahatçıları qrupunun rəhbərləri ilə görüşü keçirilib:

"Görüşdə əsas müzakirələrdən biri də BAXCP-nin qrupa üzvülüyü məsələsi idi. Bu yönümdə rəhbərliklə xeyli müzakirələr aparılıb. Hazırda bu qrupda Gürcüstandan Xristian-Demokrat Hərəkatı, Ermənistandan isə Çiçəklənən Ermənistan Partiyası təmsil olunur. Avropa Parlamentində qərarlar öncə qruplarda müzakirə edilir və qəbul olunur, daha sonra isə plenar iclasa çıxarılır. Buna görə də Avropa Parlamentinin qruplarında Azərbaycan partiyalarının təmsil olunması son dərəcə vacib məsələdir. Hazırda Azərbaycandan yalnız Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Pariyası qrupunda müşahidəçi statusu ilə təmsil olunur. Digər 6 qrupda isə Azərbaycanı heç bir siyasi təşkilat təmsil etmir. Bu baxımdan, Avropa Parlamentinin qruplarında təmsilçilik ölkəmiz üçün son dərəcədə önəmli bir məsələdir. Güman edirəm ki, BAXCP-nin qrupda təmsilçilik məsələsi müsbət həllini tapacaq. Bu, ölkəmiz üçün də önəmli olacaq".

Tarix
2014.10.21 / 15:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla