Yuxarı

Mübariz Qurbanlı dini komissiya yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərəcək Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı tədbir keçirilib.

Axar.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə tanınmış ilahiyyatçılar, dinşünaslar və ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Komissiyanın əsas məqsədləri barədə məlumat verib. M.Qurbanlı dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Dinşünaslıq üzrə Komissiyanın Əsasnaməsinin lahiyəsi ilə tanışlıqdan sonra tədbirə dəvət olunmuş alimlər fikir və təkliflərini bildirdilər. Komissiyanın yaradılmasını yüksək dəyərləndirən alimlər onun fəaliyyətinin ölkədəki dini duruma və maarifləndirmə prossesinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Tarix
2014.10.21 / 17:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla