Yuxarı

Nazirlik Ebola ilə bağlı hansı hazırlıqlar görüb? – Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Ebola virusu ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb.

Bu barədə Axar.az-a Taun Əleyhinə Dispanserin Direktoru Rakif Abdullayev bir çox ölkəni cənginə alan Ebola virusuna qarşı nazirliyin gördüyü işlər barədə danışarkən dedi.

R.Abdullayevin sözlərinı görə, hələ bu virusa yoluxma halı müşahidə edilməyib:

"Qaynar xəttimiz 24 saat fasiləsiz işləyir. Ancaq hələ ki, heç bir müraciət edən olmayıb".

Dispanserin direktoru qeyd edib ki, Ebola virusu ilə bağlı qabaqlayıcı tədbirlər məqsədilə laboratoriyalar tam hazır vəziyyətə gətirilib:

"Hansısa bir ehtimal yarandığı zaman bunun qarşısının alınması üçün bütün hazırlıqlar görülüb. Xüsusi işçi qüvvəsi də ayrılıb, geyimlər gətirilib. Bundan başqa, palata da tam hazır vəziyyətə gətirilib".

Qeyd edək ki, Ebola qızdırması müalicəsi olmayan, qanla, hava damcı yolu ilə, həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Tarix
2014.10.21 / 22:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla