Yuxarı

Məşhur aparıcı: “Bircə dəfə “Qarabağ"ı izləyin"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "NTV Spor" telekanalının məşhur aparıcısı Güntekin Onay "Qarabağ" haqqında danışıb.

Axar.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının son turunun qarşılaşmaları barədə fikirlərini söyləyən idman şərhçisi "Qarabağ"ın İtaliyada "İnter"ə qarşı matçda məğlubiyyətə layiq olmadığını deyib:
"Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. "Qarabağ"ı yaxından izləyirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb. Mənə inanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin".

G.Onay bildirib ki, "Qarabağ" Avropada qrup mərhələsinə birdən-birə yüksəlməyib:

"Qarabağ" bundan əvvəl bir neçə dəfə pley-off mərhələsində mübarizəni dayandırıb. Bu mövsüm isə "Tvente"ni Avroliqadan uzaqlaşdırmağı bacardılar. Onlar "İnter"ə qarşı matçda heç-heçə edə bilərdilər.

Ancaq buna baxmayaraq, Milanda əla oyun nümayiş etdirdilər. "Qarabağ" məğlubiyyətə layiq deyildi. Avropa Liqasında ən çox üzüldüyüm matç "İnter" - "Qarabağ" oyunu oldu".

Tarix
2014.10.22 / 00:07
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla