Yuxarı

Putini Yaponiyaya buraxmadılar - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin bu ilin payızında nəzərdə tutulmuş səfərinin baş tutmayacağını elan edib.

Axar.az xəbər verir ki, bu barədə "Sankey Şimbun" agentliyi hökumət mənbələrinə istinadən yazıb.

Mənbə bildirib ki, Yaponiya Baş naziri Sindzo Abe noyabrda Pekində keçiriləcək konfransda Putinlə danışıqlar prosesinin davam etdirilməsi üçün görüşmək niyyətindədir. Amma Rusiya dövlət başçısının Yaponiyaya səfərindən söhbət belə gedə bilməz.

Putinin bu ölkəyə səfəri hələ bu ilin fevral ayında razılaşdırılmışdı. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra yapon hökuməti bunu təxirə saldı, həmçinin nazir müavinləri səviyyəsində avqusta keçirilməsi nəzərdə tutulan rus-yapon məsləhətləşmələri də ləğv edildi.

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynada vəziyyətin sabitləşməsi ilə bağlı real addımlar atılmayacağı təqdirdə səfər məsələsinə baxmayacaqlarını bildirib.

Yaponiya Baş naziri Sindzo Abe noyabrdakı konfransda Putindən rus-yapon siyasi dialoqunun yenilənməsi üçün Ukrayna konfliktinin sülh yolu ilə həllini istəyəcək.

Tarix
2014.10.22 / 09:46
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla