Yuxarı

Hafka çıxarıldığı banka rəhbər qayıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hafiz Məmmədovun "Bank of Azerbaijan" ASC-nin İdarə Heyətinə qayıtması ilə əlaqədar bankın rəhbərliyində yeni dəyişikliklər gözlənilir.

Bank dairələrindəki mənbələrin Trend-ə verdiyi məlumata görə, hazırda "Bank of Azerbaijan"ın gələcəkdə fəaliyyətini bərpa etmək məqsədi ilə banka səhmdarların cəlb edilməsi üzrə danışıqlar aparılır. "Bank of Azerbaijan"da dəyişikliklərlə bağlı yaxın gələcəkdə bankın Müşahidə Şurasında müzakirələr aparılacaq.

Hərçənd "Bank of Azerbaijan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın İdarə Heyəti və Müşahidə Şurasının tərkibi 2014-cü ilin mayında təsdiq olunub. Səhmdarların yığıncağının qərarı ilə İsmayılov Mehman Məmməd oğlu bankın Müşahidə Şurasının sədri seçilib. O bu vəzifədə Hafiz Məmmədovu əvəzləyib. Şuranın tərkibinə, həmçinin Cavadov Cavid Yusif oğlu və Əliyev Araz İsmayıl oğlu daxil olublar.

Aslanov Məhəmmədəli Mahir oğlu İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən, Orucov Fərid Eldar oğlu və Orucov Fərid Temraz oğlu İdarə Heyəti sədrinin müavinləri, Kərimov Elşad Oqtay oğlu və Xəlilov Nicat Nizami oğlu isə İdarə Heyətinin üzvü seçiliblər.

Bankın rəhbərliyində dəyişikliklərə baxmayaraq, səhmdarların tərkibində heç bir dəyişiklik olmayıb. Həmişəki kimi bankın səhmdarları 3 fiziki şəxs (Kənan Məmmədov, Sənan Məmmədov və Mübariz Məmmədov) və 1 hüquqi şəxsdir ("NEM" Holdinq).

Azərbaycan Mərkəzi Bankı "Bank of Azerbaijan"da maliyyə çətinlikləri ilə əlaqədar lisenziyanın etibarlılığını məhdudlaşdırıb və hazırda bankın əmanətlər cəlb etməyə icazəsi yoxdur.

Bankdan məsələ ilə bağlı fikir öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Hafiz Məmmədov həm də Azərbaycan Premyer Liqasında çalışan "Bakı" klubunun prezidentidir.

Tarix
2014.10.22 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla