Yuxarı

Almaniyanın vəhhabi qorxusu çin olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya rəsmiləri sələfilərin ölkədə təbliğat apardığını və insanları cihada səslədiyini müəyyən edib.

Axar.az xəbər verir ki, sələfilərin gənc qızlar arasında xarici ölkələrdə cihada getmələri üçün təbliğat apardıqları bəlli olub. Təhlükəsizlik orqanları sələfilərin insanlara pulsuz "Qurani Kərim" payladığını müəyyənləşdirib.

Almaniya Müsəlmanlar Şurasının sədri Ayman Mazyek isə ölkədəki müsəlmanları radikallara qarşı mübarizəyə çağırıb.

Ölkənin hüquq-mühafizə orqanları Suriya və İraqda cihada gedən ikisi qız olmaqla altı nəfərin olduğunu müəyyənləşdirib.

Almaniyanın daxili işlər nazirliyi cihadçı qızlardan birinin Suriyaya getməzdən əvvəl şəriət qaydalarına görə evləndirildiyini açıqlayıb. Qızın həyat yoldaşının da Suriyaya döyüşmək üçün getdiyi bəlli olub.

Almaniyanın şərqində yerləşən Əl Rəhman məscidinin sələfilərin təsir dairəsində olduğu müəyyənləşib. Gənclərin təsirə düşməsində məscid imamının moizələrinin də böyük rolunun olduğu bildirilir.

Almaniya hüquq-mühafizə orqanları isə ölkədəki radikal sağcıların sələfilərə qarşı hücuma hazırlaşdıqlarını və böyük bir mitinq keçirəcəklərini müəyyənləşdirib.

Tarix
2014.10.22 / 13:37
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla