Yuxarı

İrəvandan Bakıya növbəti təxribat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər növbəti təxribata əl ataraq girov götürülən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsini Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə eyni günə salıblar".

Bu sözləri Axar.az-a millət vəkili Sahib Alıyev sözügedən məsələ ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, bu, birmənalı şəkildə ermənilərin növbəti təxribatıdır:

"Bu addım qətiyyətlə pislənməlidir. Əgər doğurdan da ermənilər münaqişənin dinc yolla həllinin tərəfdarıdılarsa, əksinə, görüş qabağı girov götürlən soydaşlarımızı azad edərək az-çox güvən atmosferi yarada bilərdilər. Ancaq bunu etmədilər. Əksinə, bir daha sübut etdilər ki, BMT-nin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnaməsini tanımır və münaqişənin dinc yolla həllini istəmirlər. Həmin girovlardan biri Şahbaz Quliyev mənim Milli Məclisdə təmsil etdiyim Tərtər rayonunun Qapanlı kəndindəndir. Məhz bu məqsədlə hər iki soydaşımıza görə sosial şəbəkə üzərindən bir kompaniya başladaraq bütün azərbaycanlıları ermənilərin işğalçı, rasist və ksenefob siyasətinə qarşı "yox"deməyə çağırıram. Azərbaycanlılar, xüsusilə də gənclər nə qədər çox dəstək versələr, soydaşlarımızın girovluqdan azad olma vaxtını bir o qədər tezləşdirmiş olacaqlar".

Millət vəkili onu da qeyd etdi ki, bu yolla Paris görüşü öncəsi ermənilərin iç üzünü açıb bütün dünyaya göstərmiş olacağıq:

"Girovlarımızın bu şəkildə məhkəməyə çıxarılmasının özü beynəlxalq normalara bir sayğısızlıqdır. İş məhkəmənin necə bitib-bitməməsi ilə bağlı deyil, bu, beynəlxalq normalara ziddir. Dilqəm Əsgərov kəlbəcərlidir və Kəlbəcər beynəlxalq sənədlərdə Azərbaycanın ərazisidir. Öz torpağında gəzən insanın başqa bir dövlətin güc strukturu tərəfindən girov götürülməsi və indi də belə bir addım növbəti təxribat və beynəlxalq normaların tapdalanmasıdır".

Xatırladaq ki, oktyabr ayının 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın Paris şəhərində görüşü gözlənilir.

Tarix
2014.10.22 / 14:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla