Yuxarı

Müstəqil Azərbaycanın ilk media qaranquşu - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan" qəzetinin təkrar fəaliyyətə başlamasının 25 illik yubileyi münasibəti ilə Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti zamanı işıq üzü görən "Azərbaycan" qəzetini 1989-cu ildə yenidən bərpa edən şair-publisist, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. O, Azərbaycan mətbuat tarixində xüsusi yer tutan, milli-demokratik mətbuatın ilk qaranquşu olan "Azərbaycan" qəzetinin tarixindən, 1989-cu ildəki bərpa zamanı çətinliklərdən, oktyabr ayının 6-da ilk sayının işıq üzü görməsindən və iyirminci əsrdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan mediasının ilk qaranquşu sayılan bu qəzetin ağır şərtlər daxilindəki fəaliyyətindən danışıb.

Sabir Rüstəmxanlı həmin dövrdə alternativ söz və fikrin yayımlanmadığı üçün "Azərbaycan" qəzetinin Milli Azadlıq Hərəkatının tribunasına, xalqın iradəsinin ifadəsinə çevrilməsini və ilk sayındaca çox böyük oxucu auditoriyası qazandığını diqqətə çatdırıb. İki illik fəaliyyətindən sonra Mətbuat və İnformasiya naziri təyin edilərkən qəzeti Milli Məclisin orqanı olaraq tövsiyyə etdiyini və baş redaktorluqdan getdiyini deyən S.Rüstəmxanlı bu qəzetin onun tərcümeyi-halında və Azərbaycanın müstəqil media tarixində çox önəmli yer tutduğunu da diqqətə çatdırıb.

Tədbirdə qəzet rəhbərliyi, tanınmış jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tarix
2014.10.22 / 16:35
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla