Yuxarı

İranın vitse-prezidenti Bibiheybət məscidində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Movlaverdi Bakıda Bibiheybət məscidini ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda İƏT-in qadın məsələləri üzrə nazirlərinin V Beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycana səfərə gələn Ş.Movlaverdi Bibiheybət məscidini ziyarət edib.

QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev qonağa ən qədim və böyük dini abidələrimizdən biri sayılan Bibiheybət məscidinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, yeddinci İmamın (ə) - İmam Museyi Kazımın (ə) qızı Xanım Həkimənin (ə) məzarı burada yerləşdiyindən məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.

Kommunist rejiminin dini abidələrə hücumu zamanı sözügedən məscidin söküldüyünə diqqət çəkən axund xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Bibiheybət məscidinin bərpasına başlanıldığını, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində isə ərazidə möhtəşəm məscid-kompleksin inşa edildiyini vurğulayıb.

İranın vitse-prezidenti Ş.Movlaverdi Xanım Həkimənin (ə) məzarını ziyarət edib, məscid-komplekslə yaxından tanış olub, burada yaradılan muzeyin eksponatlarına baxıb.

Qonağa QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin adından hədiyyə təqdim olunub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Sədaqət Qəhrəmanova da iştirak edib.

Tarix
2014.10.22 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla